Binəqədidə daha bir küçə təmir edilərək istifadəyə verilib

Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi təmir olunaraq vətəndaşların istifadəsinə verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təmir olunan küçənin uzunluğu 1 km, eni isə 10 metr təşkil edir.Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun əvəzinə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Ümumilikdə 10 min m2-dən çox sahənin asfaltlanması, bundan başqa səkilərin kənarlarına isə 1500 paqon-metr yeni səki daşının düzülməsi işləri aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR