Elektron hökumətlə bağlı ilk konfrans

Aprelin 18-də Azərbaycan Texniki Universitetində (AzTU) "Elektron imza İnformasiya Cəmiyyətinin (Elektron hökumətin) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri" mövzusunda Respublika Elmi-Praktiki konfransı keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, konfransı giriş sözü ilə açıq elan edən AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki, "Elektron imza İnformasiya Cəmiyyətinin (Elektron hökumətin) vacib atributudur: "Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri" mövzusunda elmi toplantı Azərbaycanda ilk dəfədir ki, reallaşdırılıb". Konfransın Plenar İclasının çıxışçısı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) şöbə müdiri İsbəndiyar Əliyev, Təhsil Nazirliyinin sektor müdiri Gültəkin Hüseynova və digərləri çıxış edib. Müxtəlif ali təhsil müəssisələrindən, aidiyyəti nazirliklərdən, komitə və təşkilatlardan nümayəndələrin iştirak etdiyi konfransa ümumilikdə 90 məqalə təqdim olunub. Konfrans 2 gün davam edəcək və sonda yekun iclası keçirilərək əldə edilən nəticələr müzakirə olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR