Regionlarda İslam Həmrəyliyi Oyunları təbliğ edilir

Bakı şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarının təbliği ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman kompleksində kütləvi idman tədbirlərinə daxil olan basketbol üzrə regional yarış keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, 2002-2003 cü il təvəllüdlü oğlanlardan ibarət 11 komanda arasında basketbol yarışı gərgin şəraitdə keçirilib. Yarışda İsmayıllı komandası birinci , Oğuz komandası ikinci, Ağsu komandası üçüncu yeri tutub. Daha sonra 2003-2004 -cü il təvvəlüdlü oğlanlar və qızlar arasında atletka yarışı keçirilib. 11 komanda içərisində İsmayıllı komandası birinci yerə layiq görülüb. Qaliblər "Təhsil" Respublika İdman Mərkəzinin diplomları ilə mükafatlandırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR