Bu il Azərbaycandan əcnəbilərə bir uşaq övladlığa verilib

2017-ci ilin ilk üç ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən bir uşaq övladlığa götürülüb. Bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib. Onun sözlərinə görə, 2008-ci il təvəllüdlü oğlan uşağı Türkiyə vətəndaşı tərəfindən övladlığa götürülüb. S. Məmmədov qeyd edib ki, uşaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında övladlığa verilib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR