İlahi qüdrətli xanım

Yüksək qadın adı,isməti, vicdanı ilə ictimaiyyətin dərin hörmət və məhəbbətini qazanmış görkəmli hüqüqşünas Məmləkət xanım Nuriyeva Ulu Tanrıya bağlı, qəlbi müqəddəslik hissi ilə alovlanan bir şəxsiyyət idi.Bütün yüksək və nəcib insanı xüsusiyyətləri özündə cəmləşdirən M.Nuriyevanın xeyirxahlığı onun kamilliyini bir daha sübut edir.O, başladığı müqəddəs yolun ilk addımının sonunda böyük uğur və xeyirin dayandığını əvvəlcədən bilirdi.

M.Nuriyevanın ədalətli qərarları, dərin düşüncə tərzi, mənəvi zənginliyi,Allaha yaxınlığı onu xeyrixahlıq zirvəsinə yüksəltmişdi.O, insanlıq deyilən uca zirvəni öz halal zəhməti ilə qazanmışdı. Bəlkə ona ğörə ki,o, həyatı nikbin, tükənməz həyat enerjisi, sevgisi ilə yaşayılrdı.Amansız ölüm onu sevənlərdən,doğmalardan ayırdı.Bu yaxınlarda onun vəfatının qirxincı günü tamam olur.Bu dəyərli sözləri ümumiləşdirərək Məmləkət Nuriyeva haqqında qəlbimizdən keçənləri oxucuların mühakiməsinə çatdirmağı özümə borc bildim.Ulu Tanrı sevdiyi insanı ona ehtiyac olan yerə yönəldir. .Bu məqamda sözün söz məqamı yetişir.

Onun həyat mərhələlri, yolu öz həmyaşıdlarından o qədər də fərqlənmir.Bu yol orta məktəbdən,alı təhsil ocağından,istehsalatdan keçir.Amma dostlarına sədaqəti,dəyanəti,saflığı,işgüzarlığı və digər mənəvi keyfiyyətləri ilə çoxlarına bənzəmir.O ,harada işləməsindən asılı olmayaraq həmişə gələcəyimiz olan gənc kadrlara xüsusi diqqət və qayğı göstərmiş və bunu özünə mənəvi borc bilirdi.

M.Nuriyevanı oxucularımıza bir qədər yaxından tanıtmaq istərdim: M.Nuriyeva ölkəmizin dilbər guşələrindən biri sayılan Zaqatala rayonunda ziyalı ailəsində anadan olmuşdur.Zaqatala 1 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika fakultəsinə daxil olmuş,amma təhsilini başa vurmamışdır.Hüqüqşünas olmaq, qanunların keşiyində durmaq Məmləkət xanımın ən böyük arzusu idi.Elə bu arzu onu bu peşəyə yiyələndirdi.Universiteti bitirdikdən sonra təyinatla Ali Məhkəmənin sərəncamına göndərilmişdir.1966-cı ilədək (keçmiş Oktyabr)Yasamal rayon Məhkəməsində stajop-hakim işləmiş, həmin müddətdə rayon məhkəməsində,həm də Ali Məhkəmədə təcrübə keçmişdir.Bakı şəhər Xətai rayon Məhkəməsinin hakimi seçilmişdir.1970-cı ildə isə bacarıqlı hüqüqşünas Yasamal rayon məhkəməsinə hakim təyin

edilmişdir.Sonralar Ali Məhkəmədə məsləhətçi, baş məsləhətçi vəzifəsində,1986-1996-cı illərdə isə Ədliyyə Nazirliyində kadrlar şöbəsinin rəisi işləmişdir.1996-cı ilin mart ayından2000-ci ilin sentyabr ayına kimi, yəni məhkəmə islahatları aparılması ilə əlaqədar məhkəmənin ləğvinə kimi Bakı şəhər Məhkəməsinin nəzarət şöbəsinin rəis müavini vəzifəsində çalışmışdır.

Uzun illər M.Nuriyeva Azərbaycan Dövlət Televiziyasının "Ailələr,talelər" verilişində ekspert-məsləhətçi kimi gənc ailələrə öz dəyərli məsləhətlərini verirdi.Bacarıqlı hüqüqşünasım məsləhətlərindən gənclər çox şey öyrənir, ailə həyatında tətbiq edirdilər.

Məmləkət xanım Nuriyeva çox maraqlı müsahib idi.Onunla dəfələrlə müsahibələrimiz insan mənəviyyatı barədə olurdu.Sonuncu iş yeri olan Azərbaycan Respublikası Hesablama palatasında işlərkən kollektivin ona sicaq münasibətindən fərəhlə danişardı: - Özümü ən əziz,doğma insanlar arasındakı kimi hiss edirəm.Çalışdığım hesablama palatasında insanlara,xüsusilə gənclərə diqqət və qayğımı əsirgəmirəm.Onlar da məni çox sevir.Sonra isə onun hüqüqşünas kimi yetişməyində,ədalətli insan kimi formalaşmasında universitetin hüquq fakultəsinin dekanı Məmməd Xələfov və Ali Məhkəmənin sədri A.İbrahimovun böyük rolu olduğunu xüsusi vurğulayardı.Qadın, ailə münasibətlərinə gəldikdə isə:

"Qadın,ana kimi də xoşbəxtəm.Ona ğörə ki, qaygıkeş həyat yoldaşım,ğözəl tərbiyə almış,atası kimi savadlı,ailə qədri bilən oğlum, ürəyimin bir parası olan nəvələrim var"-deyərdi.

Qarabağ problemi Məmləkət xanımın ən yaralı yeri idi.Onun ən böyük arzusu işğal altında qalan torpaqların azad olunması idi.O, bu günü səbirsizliklə gözləyirdi.

Uzun illər Məmləkət Nuriyeva ilə bir sistemində çalışmış hüqüqşünas Xalıq Ələkbər oğlu Tağıyev bu əvəzolunmaz şəxsiyyəti belə xatırlayır:-Millətini,xalqını bütün varlığı ilə sevən Məmləkət xanım biz gənclərə ana qayğısı göstərmiş,əlindən və qəlbindən gələn köməyi əsirgəmirdi.Mən Məmləkət xanımı yaxşı tanıyırdım.Bu xanımda əsl Azərbaycan qadınına məxsus keyfiyyətlər toplanmışdı.Həcər qeyrətli, Nigar vüqarlı Məmləkət xanım eyni zamanda ğözəl ailə başçısı idi.Ona layiq ömür-gün yoldaşı Faiq müəllim, yeganə övladı Hikmət, Məmləkət xanımın həyatının bəzəyi idi.Bu ailə Azərbaycanda nümunəvi, ən ideal ailələrdən biri sayılırdı.

Bu acı xəbəri eşidəndə çox məyus oldum.Qəlbimdən bir səs gəldi:"Nə yaxşı ki, həyatda belə insanlar varmış.Allah sənə rəhmət eləsin,qəbrin nurla dolsun,Məmləkət xanım".

Şövkət Hüseynova

Filologiya üzrə fəlsəfə doktoru,

yazıçı- publisist.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR