“Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi”

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın "Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi" adlı monoqrafiyası işıq üzü görüb. Bölmədən "Olaylar" - a bildirilib ki, Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə çap olunan yeni nəşrdə əmək potensialının formalaşması və inkişafı amilləri, əmək potensialından səmərəli istifadəyə demoqrafik dəyişikliklərin təsiri işıqlandırılıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında əhalinin əmək fəallığına sosial-iqtisadi inkişafın təsiri və məşğulluğun inkişaf vəziyyəti tədqiq edilib.Rus dilində, üç fəsildən ibarət olan yeni nəşrin sonunda müəllif apardığı tədqiqatların nəticələrini ümumilləşdirib, müəyyən elmi və nəzəri əhəmiyyəti olan təklif və tövsiyələrini irəli sürüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR