Qalib QHT-lərin adları məlum oldu

Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2016-ci il üçün Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqənin qalibləri bəlli olub. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, müsabiqə Komissiyasına təqdim olunmuş 56 tədbir layihəsi təhlil edilərək 7 QHT-nin təqdim etdiyi layihənin maliyyələşdirilməsinə qərar verilib. Bunlar "Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, "Sağlam Gəncliyə Doğru" İB, "Üfüq" Gənclərin İnkişafı Naminə İB, "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı", "Folklor Ənənələrinin İnkişafına Dəstək" İB, Gələcək Naminə vətəndaş cəmiyyətinin inkişafına dəstək" İB və "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR