Anti-siqaret kampaniyasına məmurlardan başlamaq lazımdır

"Ölkə prezidenti cənab İlham Əliyev Yevlaxdakı müşavirədə çox maraqlı bir mövzuya toxundu. Təqribən belə dedi k, mən özüm siqaret çəkmirəm və kimsəyə də siqaret çəkməyi tövsiyə etmirəm. Bu çox pis vərdişdir. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq!". "Olaylar" xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.  

O deyib ki, şəxsən özü siqaretə qarşı allergiyası və düşmənçiliyi olan bir Azərbaycan vətəndaşı kimi bu çağırışı ikiəlli dəstəkləyir. Onun sözlərinə görə, anti-siqaret kampaniyasını ölkə  prezidentinin komandasında olan məmurlardan başlamaq lazımdır. "Ardınca Yeni Azərbaycan partiyası üzvləri bu tezisləri dəstəkləməli və əməli fəaliyyətdə bunu göstərməlidirlər. Ardınca digər siyasi partiyalar, qeyri-hökumət təşkilatları, dövlət qurumları, məktəblər və xəstəxanalar siqareti tərgitmək kampaniyasına qoşulmalıdır. Kütləvi şəkildə siqaret çəkməkdən imtina hərəkatı başlanmalıdır. Hər vaxt kampaniyaçılığın əleyhinə olsam da, bu məsələdə mütləq cəmiyyətin total şəkildə rol almasını zəruri hesab edirəm. Hər dəfə çıxış edib vurğulayırlar ki, ölkə prezidentiini özləri üçün örnək hesab edirlər, buyurun, prezident siqaretə qarşı mənfi münasibətinə reaksiyanızı ortaya qoydu, siz də onun bu addımını təqdirlə qarşıladığınızı əməli şəkildə göstərin! Siqaret həqiqətən millətimizin gələcəyi üçün ciddi bir təhlükədir. Narkomaniya da, alkoqolizm də, psixi, onkoloji xəstəliklərin xeyli hissəsi də məhz bu pis vərdişdən sonra yaranır. Üstəlik cibinizin pulunu da bu mənasız vərdiş xeyli azaldır"-deyə əlavə edib.  Deputat bildirib ki, qanunla ictimai yerlərdə siqaretin çəkiliş imkanlarını nə qədər məhdudlaşdırsaq da, xalqımız qanundan çox qaydalara, vərdişlərə əhəmiyyət verdiyindən bu pis xəstəliyin kökünü kəsmək xeyli çətin olcaq: "Hamı ən azı özünə yaxın çevrədə yaxşıya doğru kiçicik bir davranış sərgiləyərsə,siqaretdən imtina kampaniyasında müsbət nəticələr əldə etmək mümkündür".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR