5 Qadın – 5 mustanq

Könül Əlibəyli (konul.elibeyli@mail.ru)

5 Qadın - 5 mustanq

Təqdimat

Kinematoqrafiya elə bir incəsənət sahəsidir ki, texnologiya inkişaf etdikcə, müasir və intellektual avadanlıqlar yeniləndikcə, kino da sanki, yeni nəfəs tələb edir və zamanla ayaqlaşmağa çalışır. Əks halda filmin baxımlılığı zəifləyir, tamaşaçı auditoriyası azalır və nəticədə qoyduğu pulu götürməyən, yaxud da gözlədiyi gəliri əldə etməyən kino şirkətləri artıq kinoya pul xərcləmək istəmirlər. Bu mənada türk xalqının kinoya verdiyi dəyər, izləyicilərdə kinoya olan maraq, əksinə, gündən-günə artaraq, böyük bir proqress yaşayır.

Misal üçün, son illər Türkiyədə çəkilən filmlərdən biri - "Mustanq" mövzunun unikallığı və təqdimolunma mövqeyi baxımından əvəzolunmaz bir ekran əsəridir. Türk-fransız rejissoru Dəniz Qəmzə Ərgüvənin rejissorluğu ilə lentə alınan, Oskar kino premiyasına "Xarici dildə ən yaxşı film" kateqoriyası üzrə nominant olan və Kann kino festivalının "Europa Cinemas Label Award" mükafatına layiq görülən "Mustanq" filmi tarixin ən dərin və aktual mövzusu olan qadın azadlığı və insanın cinsi əhəmiyyəti probleminə toxunur.

Qısa məzmun

Filmin süjet xətti ilk baxışdan çox bəsit görünsə də, əslində çox dərin və aktual bir mövzuya toxunulub. Belə ki, yay tətilinə çıxmağa hazırlaşan yeniyetmə məktəblilər dərs gününün sonunda əylənmək üçün dəniz kənarına üz tutaraq, orada çox məsum və saf oyunlarla əylənirlər. Lakin mühafizəkar cəmiyyətin yanlış yanaşması nəticəsində 5 yeniyetmə qızın azadlığı əlindən alınır və yaşadıqları nəşə dolu ev onlar üçün sözün əsl mənasında həbsxanaya çevrilir. Onların təhsili yarımçıq

kəsilir və evdarlıq dərsləri keçirilməyə başlayır. Filmdə əl-qolu bağlanan 5 yeniyetmə qızın azadlıq uğrunda mühafizəkar mühitlə apardıqları kəskin mübarizə və başlarına gələnlər əks olunur.

Struktural təhlil

Qara fonda yazılan və filmin baş qəhrəmanının dilindən səslənən "Hər şey gözümüzü açıb bağlayana qədər dəyişdi." cümləsi ilə başlayan filmin ilk kadrlarından, öz müəlliməsi ilə vidalaşan və göz yaşlarını saxlaya bilməyən Laləyə (Günəş Şənsoy) müəlliməsinin öz ünvanını verməsi, qarşıda bu balaca qızı gözləyən problemlərin həllində ona təhsil verən insanın son ümid nöqtəsi olacağına öncədən işarə edir. Məktəbin həyətində evin ən kiçik qızı olan Laləni gözləyən 4 yeniyetmə qızın öz bacılarını da götürərək, dəniz sahilinə getməsi, məktəbin oğlan şagirdləri ilə birgə elə məktəb formasındaca suya girərək, uşaqtək sevinməsi, gənc qızların məsum daxili dünyasının simvolik göstəricisinə çevrilir. Oğlanların çiyninə çıxaraq, bir-birilə əlbəyaxa güləşən qızlarla oyuna qoşulan Lalənin suyu üzünə sıçratdıqlarına görə uduzub suya yıxılması və etiraz edərək, onları cığallıq etməkdə günahlandırması, digər 4 bacının isə ona haqsızlıq etdiyini söyləməsi, kiçik qızın düşüncə tərzinin böyüklərdən fərqləndiyini və eyni evdə yaşayan, bir ailədən çıxan 5 insanın müxtəlif mövzularda həmfikir olmadıqlarını düşündürərək, süjetin istiqamətini nizamlayır.

Dəniz sahilindəki məsum oyunlardan sonra gizlincə bağdan alma oğurlayıb yeyən bacılardan Lalənin çətinliklə də olsa

almanı dərib sinəsinə qoyaraq, yastı sinəsini qadın sinəsinə bənzətməsi və bunu bacılarına göstərməsi, qızların vaxtından tez böyümək istəyini və vaxtsız qadın olmaq ehtirasını üzə çıxararaq, yeniyetmələrin keçid dövrünün xırda, lakin önəmli nüanslarını ortaya qoyur və dramatik məqama komik çalar qatır.

Daha sonra gənclərin qəhqəhə çəkə-çəkə evə daxil olması, bu an üzündən hirsli olduğu görünən nənənin (Nihal Koldaş) "Sonay, səndən başlayacam, çünki ən böyükləri sənsən!" deyərək, onu otağa salıb döyməsi qız və qadınların yumruq altında yaşaması problemini ortaya qoysa da, paralel olaraq tamaşaçını qızların yetimlik konsepsiyasının şahidinə çevirir.

Bir-bir öz qız nəvələrini otağa salaraq döyən nənənin "Bizi hər kəsin dilinə düşürdünüz. Dənizə gedib oğlanların boynuna minmisiniz" deməsi, ətrafın qadın azadlığına qarşı olan allergik münasibətini və mühafizəkar mühitin gözəgörünməz barmaqlıqlarını ekranlara gətirir.

Bacılardan ən kiçiyi, eyni zamanda ən cəsarətlisi olan Lalənin nənəsinin amansız tərbiyə metoduna qarşı çıxaraq, ona ünvanladığı "Bunları sənə kim söyləyib?" sualına "Pətək xanım dedi ki, qızların yolunu azıblar." cavabını alaraq, cəld həyətə qaçması və bazardan gələn hicablı Pətək xanımın qarşısını kəsərək, "O paltarlarınızı geyinib özünüzü əxlaq nəzarətçisimi sanırsınız?" deyə qışqırması, üsyankar və cəsarətli Laləni filmin mərkəzi fiquruna çevirir, eyni zamanda hicab geyinən qadınların özlərini digərlərindən daha əxlaqlı sanmasının əslində yanlış düşüncə olduğunu göstərməyə çalışır. Lalənin sözlərini eşidən

nənənin özünü yetişdirib nəvəsinə bir şillə vuraraq, Pətək xanımdan üzr istəməsi, Pətək xanımın isə iyrənc bir təkəbbürlə onları altdan yuxarı süzməsi insan münasibəti problemini şərh edir.

Gecə düşüncə işdən evə gələn qızların əmisi Erolun (Ayberk Pekcan) hirslə otağa daxil olub onların üzərinə hücum çəkməsinin qarşısını alan nənənin "hər deyilənə inanma, oğlum"- deyə yalvarması, bir yandan qadın həmrəyliyini gündəmə gətirərkən, digər yandan bu tip xəbərlərin nə qədər tez yayıldığını nəql edir.

Nənənin səylərinə baxmayaraq, yenə də qızların üstünə cuman əminin "Fahişəlik edən hansınızdır? Bəlkə elə hamınız fahişəsiz?" deyə çəmkirməsi insanların öz doğmalarından daha çox başqalarının danışdıqlarına inanmasını, mühafizəkar mühitlə personajların daxili dünyası arasındakı ziddiyyəti açıqlayır.

Səhər açılar- açılmaz qızların bakirəliyi haqqında arayış almaq üçün 3 ən böyük bacı- Sonay (İlayda Ağdoğan), Selma (Tuğba Sunquroğlu), Eceni (Elit İşcan) həkim yoxlanışı üçün xəstəxanaya gətirən Erolun bu hərəkəti filmdə sosial təhlükənin miqyasını göstərir.

Daha sonra Erolun subyektiv çıxış yolu kimi evin qapılarını kilidləməsi, pəncərələrə dəmir barmaqlıqlar vurması, qızları ev dustağına çevirməsi, saqqız, cırıq şalvarlar, dırnaq boyaları, kompüter, ev və cib telefonları, ümumiyyətlə onların əxlaqını poza biləcək ən adi şeyləri belə yasaqlaması, onlar üçün xüsusi uzun, bağlı paltarlar tikdirməsi və xüsusi qulluqçu tutaraq,

qızlara ev xanımı olmağın qaydalarını öyrətməsi, qadının azad insan kimi yaşamaq şansından məhrum olduğunu və yalnız istifadə üçün yararlı bir əşyaya bərabər tutulduğunu göstərir.

Lalənin onu pəncərədən dərsə çağıran sinif yoldaşına təəssüflə "biz məktəbə gəlməyəcəyik" - deyə çığırması və Sonayın pəncərədən qaçaraq, sevdiyi oğlanla dəniz sahilinə gedib gecəyarısı evə gəlməsi insanı bioloji diktənin qulu kimi təqdim edir.

Erolun Laləyə futbola baxmaq üçün stadiona getməyə icazə verməməsi və bacıların televiziyadan yayımlanan yalnız qadın və uşaqların tamaşaçı kimi iştirak edə biləcəyi növbəti bir oyunun keçiriləcəyi xəbərini eşitmələri azadlıq arzulayan insanın əl-qolunu bağlamağın mənasız olduğunu təsdiq edərək, təklif olunan vəziyyətlə real vəziyyət arasındakı uçurumu göstərir. Gizlincə yola çıxan qızların avtobusa gecikmələri səbəbindən yoldan keçən bir əcnəbidən onları stadiona aparmasını xahiş etmələri mübarizkar qadınların təslim olmayacağını və qətiyyətini elan edir.

Evdən qaçıb icazəsiz şəkildə futbol izləyən qızlarını canlı efirdə görən nənənin ürəyinin getməsi və evin digər otağından futbolun canlı yayımını izləyən kişilərin onları görməməsi üçün qulluqçu xanımın işıq naqillərini çəkiclə vurub qırması azadlığın zəncirlənməsinin mümkünsüzlüyünü mərkəzi struktura gətirir.

Sonayın elçilərin gəldiyini görüb nənəsinə etirazını bildirməsinin ardından, nənənin evin ikinci qızı Selmaya şirin çay gətirməsini tapşırması qadının kimliyinin əhəmiyyətsizliyini diktə edir. Lalənin bacısının taleyini yaşamamaq üçün qaçıb

gedə bilsin deyə onları futbola aparan əcnəbidən ona maşın sürməyi öyrətməyini xahiş etməsi, əsas personajın qaçış planları quraraq, azadlığa çıxmağa cəhd etməsinə işarə edir.

Eyni gündə toyu olan 2 bacıdan Sonayın öz sevdiyi ilə evləndiyi üçün özünü nə qədər xoşbəxt, Selmanın isə zorla evləndirildiyi üçün özünü nə qədər bədbəxt hiss etməsinin təzadı filmin dramatik düyünlərini artırır.

Ailə qurduqları üçün bir daha əvvəlki kimi bir yerdə ola bilməyəcəklərini anlayan 5 bacının göz yaşı içində qucaqlaşması səhnəsi, gəlinlik geyinib ərə gedən Selmaya Lalənin "evlənmək istəmirsənsə, qaç get burdan" deməsi əsas fiqurun məkan dəyişmə ilə bağlı qurduğu xilas qərarının qətiyyətini israrla xatırladır.

Toy gecəsi yataq otağının qapısının arxasında saatlarla gözləyən yengənin Selmanın bakirə olmadığından şübhələnməsi və səhər açılmamış dərhal onu xəstəxanaya gətirmələri cahil ənənələrin qeyri-insani xüsusiyyətlərini dərk etmək üçün şərait yaradır.

Həkimin Selmaya ünvanladığı "Toy gecəndən əvvəl bəkarətini itirmisənmi?" sualına Selmanın başı ilə "hə"-deyə cavab verməsi, lakin həkimin yoxlanışından sonra Selmanın yalan söylədiyi və əslində bakirə olduğunun ortaya çıxması qadağa və sıxıntılardan bezən bir qadının daxili fırtınasından xəbər verir.

Uzun saçları, azad ruh və bədənləri ilə bütün bu adət-ənənələrə, köhnə fikirli insanlara qarşı üsyan edən və sanki

"Mustanq" qədər dözümlü 5 yeniyetmə qızdan 3-cüsü olan Ecenin sanki acığa düşərək, günün günorta vaxtı küçənin düz ortasında insanların çox olduğu yerdə dayanan Erolun maşınında tanımadığı biri ilə sevişməsi epizodu mühafizəkarlara meydan oxumağa çalışan gəncin özünü məhvə aparmasını göstərir.

Bunun ardınca evdə süfrədə əyləşib yemək yeyən zaman Ecenin güldüyü üçün süfrədən qovulması və yan otağa keçərək, silahla intihar edib həyatını itirməsi filmin kulminasiya nöqtəsi olub tamaşaçını səssizlikdən sonrakı fırtınanın şahidinə çevirir.

Evlənmək növbəsi 4-cüyə, yəni Nura çatdığı an, heç nə olmamış kimi növbəti elçiləri qarşılayan nənənin və Erolun nə olur-olsun fikirlərindən dönmədiyini görüb öz qaçış planlarını qurmaqda daha da qərarlı olan Lalənin elçilər üçün hazırlanan çaylara tüpürməsi və Nurun toy günü oğlan adamının tam qapıya gəlib çatdığı anda evin qapılarını bağlayaraq, bacısı ilə özünü xilas etməyə çalışması uçurumun tam kənarında dayanan bir ailənin dramını nəql edir.

Qapı arxasında qalan valideynlərin və oğlan adamlarının heç nə olmamış kimi, zurna və davul sədaları altında qol açıb oynaması böyüklərin gəncləri ciddiyə almadıqlarını və onlara qarşı nə qədər laqeyd olduqlarını bildirərək, cahil insanların beyinlərinə vurulan zəncirə sarkazm qarışıq eyham qatır.

Gecə düşüncə qapı arxasında dayanmağın mənasız olduğunu anlayan oğlan evinin çıxıb getməsinin ardınca, bütün pəncərə və qapılara öz əli ilə qoydurduğu dəmir barmaqlıqları sökmək üçün saatlarla çalışan Erol içəri girənə qədər, qızların evin arxa

qapısından səssizcə çıxıb qaçması, evi həbsxanaya çevirən Erolun peşmançılıq çəkməsi üçün zəmin yaradaraq, dramaturji düyünün açılışını verir. Evdən qaçıb elə Erolun maşınını sürüb şəhərə gedən Lalənin və toyu yarımçıq qalan Nurun yolun kənarında gizlənərək, onları futbola aparan əcnəbini gözləmələri və əcnəbinin həqiqətən də gəlib çıxması dramaturji döngənin istiqamətini göstərir. Lalənin filmin əvvəlində gördüyümüz müəlliməsinin ünvanını tapıb ona qovuşması ilə, mübarizkar personajın azadlığa çatmasına işarə verilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR