Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Aprelin 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin  olacağı, axşam isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi   günün ikinci yarısında  arabir güclənən şimal-qərb küləyi  ilə əvəz olunacaq. ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 8-12° isti, gündüz 20-25° isti, Bakıda gecə 9-11° isti, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunu, nisbi rütubət   gecə 75-85 %, gündüz   60-70 %  təşkil edəcək. Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən gilavar küləyinin xəzri küləyinə keçməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da,  20-də meteoroloji amillərin  zəif və mülayim tərəddüdü əsasən əlverişlidir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz  18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz  8-13° isti olacağı gözlənilir.  Aprelin 19-da bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR