XXIII Dünya Tibbi Hüquq Konqresinə hazırlıq

10-13 iyul tarixlərində Bakıda keçiriləcək Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) XXIII Dünya Tibbi Hüquq Konqresinə hazırlıq məqsədi ilə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Yerli Elmi Komitənin növbəti iclası keçirilib.

Akademiyadan "Olaylar" - a bildirilib ki, iclasda DTHA-nın sədr müavini, konqresin proqram rəhbəri, professor Vüqar Məmmədov bu il DTHA-nın yaradılmasının 50 ilinin tamam olduğunu bildirib, cari ilin iyul ayında baş tutacaq tədbir barədə məlumat verib.

Dünyanın 100-dən çox ölkəsinin üzv olduğu DTHA 1967-ci ildə hüquq, məhkəmə təbabəti, bioetika sahələrində ixtisaslaşan bir qrup nüfuzlu alim və mütəxəssislər tərəfindən Belçikada yaradılıb. Bu il Bakıda keçiriləcək konqres çərçivəsində Fəxri, Beynəlxalq və Yerli Elmi Komitələri yaradılıb. Həmçinin konqresin materiallarının "Medicine and Law" adlı nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunması nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR