“Qaradağ” yatağında yeni quyular qazılır

Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə "Qaradağ" yatağında 493 və 495 nömrəli istismar-basqı quyularında qazma işləri uğurla davam etdirilir. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan 493 nömrəli quyunun layihə dərinliyi 3200 metr, Qirməki Altı Lay Dəstəsinə qazılan 495 nömrəli quyunun isə layihə dərinliyi 3600 metrdir. Quyular yataqda vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədi ilə qazılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR