"Formula-1" Azərbaycan Qran Prisi ilə bağlı təcili hallarda tibbi yardım planı hazırlanıb

"Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) reanimasiya və anesteziologiya şöbəsinin nəzdində yaradılmış, xüsusi şəraitə malik iki nəfərlik yanıq palatası tam işlək vəziyyətdədir".

Bunu  MNX-nın Təcili tibbi yardım şöbəsinin müdiri Raud Əsədov deyib. O bildirib ki, Türkiyədə məşğələ-təlimlərdə iştirak etmiş iki həkim-reanimatoloq və iki tibb bacısı Formula-1 yarışları vaxtı palatada fəaliyyət göstərəcək.

Şöbə müdirinin sözlərinə görə, palata müvafiq dərman və məsrəf materialları ilə təmin edilib: "Bundan əlavə, texniki xidmət tərəfindən palatadakı avadanlıqlara baxış keçirilib və avadanlıqlar tam işlək vəziyyətdədir. Müvafiq əmrə əsasən, yarışlar zamanı xəstəxanada travmotoloq-ortoped, neyrocərrah, plastik cərrah, ümumi cərrah, reanimasiya və digər xidmətlərin həkimləri gücləndirilmiş iş rejimində 24 saat fəaliyyət göstərəcək".

R. Əsədov qeyd edib ki, Formula-1 Azərbaycan Qran Prisi ilə bağlı təcili hallarda tibbi yardım planı da hazırlanıb: "Yarış zamanı hər hansı bir xoşagəlməz hadisə baş versə, biz bu plan əsasında hərəkət edəcəyik".

Qeyd edək ki, MNX Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar əsas tərəfdaş xəstəxana olaraq nəzərdə tutulub.  Xatırladaq ki, yarış 23-25 iyun tarixlərində ikinci dəfə Bakıda baş tutacaq. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR