V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 28-də beşinci dəfə keçiriləcək. Nazirlikdən bildirilib ki, sentyabrın 30-dək Bakı İdman Sarayında keçiriləcək sərgi-yarmarkanın təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması ilə yanaşı, Azərbaycan kitab mədəniyyətinin dünyaya tanıdılması, yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Sərgi-yarmarkanın son günü iştirakçılar (müəssisələr) arasından seçilmiş qaliblərə "Ən yaxşı nəşriyyat" və "Ən yaxşı kitab" mükafatları təqdim olunur. Cari ildə sərgi-yarmarkada 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və başqa qurumların iştirakı gözlənilir.
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec avqustun 14-dək sərgi-yarmarkanın Təşkilat Komitəsinə təqdim olunmalıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR