123 saylı avtobusun hərəkət istiqaməti dəyişdirildi

Aprelin 18-dən 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdirilir. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, səbəb, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şosesindən keçməklə hərəkət edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR