İnsan ömrünü uzadan MƏHSULLAR - FOTO

Tədqiqatçılar insan ömrünü uzadan məhsulları müəyyən ediblər. Rusiyanın Sağlam qidalanma milli tədqiqat mərkəzinin nümayəndələri bu sahədə araşdırmalar aparıb.

Publika.az xəbər verir ki, Amerikanın nüfuzlu jurnallarından olan "Journal of the American Medical Association" elmi tədqiqat jurnalı sağlam və uzun ömür vəd edən məhsulların istifadəsi haqqında materiallar dərc edib.

Hər kəs sağlam və gümrah yaşamaq istəyir. Ən əhəmiyyətli mövzulardan biri qidalanma prosesidir. Tətqiqatçılar ağır yaş xəstəliklərindən qaçmaq, sağlam və daha uzun yaşamaq üçün qidalara xüsusi diqqət edilməli olduğunu bildirib.

Alimlər müxtəlif növ ürək-damar xəstəliklərinə və başqa xəstəliklərə gətirib çıxaran 10 qida məhsulunun istifadəsi arasında dəqiq qarşılıqlı əlaqələri təyin etməyə çalışıblar.

Bir çox dünya ölkələrində vaxtından əvvəl ölüm faizinin səbəbləri arasında birinci yeri bu tip xəstəliklərlə yanaşı, diabet tutur, hansı ki, müəyyən yaşdan sonra özünü kəskin şəkildə büruzə verir. Qeyri-standart qidalanma, keyfiyyətsiz məhsullar yaşayış səviyyəsində və sağlamlıqda ciddi çətinliklər yarada bilər. Tətqiqatçılar xəstəliklərin yaranma səbəbini qidaların tərkibində olmayan xüsusi elementlərin azlığı ilə əlaqələndirir. Əhalinin əksəriyyətində omeqa 3 çatışmazlığı var. Tətqiqatçılar Omeqa 3 yağ asidinin hüceyrə pərdəsinə keçərək metabolizmaya təsir etdiyini müəyyənləşdirmişlər. Orqanizm üçün vacib olan omeqa 6 və omeqa 3 yağları müntəzəm şəkildə qəbul edilməsinin vacibliyini vurğulayıblar. Yaşlanmanı gecikdirən, dərini gözəlləşdirən, saçlara parlaqlıq verən bu yağ orqanizm tərəfindən istehsal edilə bilmədiyi üçün qidalanma yolu ilə qəbul edilməsi önəmlidir.

Son araşdırmalar zamanı Rusiyanın "Sağlam qidalanma" milli tədqiqat mərkəzinin rəhbəri, tibb elmləri doktoru Oleq Medvedev orqanizmə qidalanma yolu ilə daxil olan omeqa-3 turşusunun insan orqanizminə "öldürücü" zərərləri haqqında yeni məlumatlar əldə edib. Bu turşunun ən zəngin mənbəyi dəniz məhsullarıdır, ilk növbədə təzə və dondurulmuş dəniz balıqları.

Balığın xeyirli tərəfləri haqqında sözsüz ki, hamı hər şeyi bilir. Lakin xeyirli olan hər qidanı tez-tez istifadə etmək tövsiyə edilmir. Bildiyiniz kimi, dəniz məhsulları dəyərli olur və müxtəlif səbəblərdən bəzi insanlar bu qidalardan istifadə edə bilmirlər. Bundan əlavə qoz, balıq, bütün yaşıl yarpaqlı bitkilərin tərkibində omeqa-3 mövcuddur.

Daha az ət, daha çox çərəz

Sağlam və uzun ömür üçün insanların qəbul etməli olduqları qidalar sırasında omeqa-3 və bir sıra digər əhəmiyyətli yağ və turşuların olduğu meyvələr, tərəvəzlər, çərəzlər var ki, bunların gündəlik qidalar sırasında istifadəsi önəmlidir.

Tədqiqatçılar ağır xəstəliklərin yaranmasında və vaxtından əvvəl ölüm riski yaradan qidalar sırasında birmənalı olaraq duzu (əhalinin əksəriyyəti sui-istifadə edərək normadan artıq duzdan istifadə edir), emal edilmiş ət məhsullarını - kolbasalar, sosiskalar, və s., tərkibinə şəkər qatılmış qablaşdırılmış içkilər - meyvə şirələri, qazlı sular və s., həmçinin qırmızı ət məhsulları - mal əti, qoyun əti, donuz ətini xüsusilə qeyd ediblər. Oleq Medvedev onu da qeyd edib ki, sadalanan qidalardan norma daxilində istifadə edilməsi orqanizmə ciddi zərər yetirmir. Ekspertlər xüsusi hallarda qırmızı ət məhsullarından istifadəni qadağan etmirlər. Sadəcə mümkün qədər kabablardan və bənzəri yeməklərdən həftədə bir dəfə istifadə etmək sağlamlıq üçün daha xeyirlidir. Qalan günlərdə gündəlik qidalanmaya ağ ət məhsullarından - toyuq, dovşan, balıq ətindən istifadə etmək məsləhətlidir.

Tədqiqatın nəticələrinə əsaslansaq, məhsullar içərisində əksəriyyəti çox zərərli təsirlərə malikdir. Əfsuslar olsun ki, bu qidaların çoxu Rusiyada tez-tez istifadə edilir. Zərəli məhsullar içərisindən belə, faydalı olanlarını və daha az zərərli olanları seçib istifadə etmək kifayətdir.

Medvedev qeyd edib ki, sağlam həyat üçün qidalanmanı xüsusi proqram üzrə aparmaq lazımdır: "Gün ərzində orta hesabla insan 250 mq omeqa-3 qəbul etməlidir. Gün ərzində qəbul edilən məhsulların içində isə (tərəvəzlərin, meyvələrin, çərəzlərin, yaşılyarpaqlı bitkilərin) 400 q-a yaxın əhəmiyyətli yağlar və turşular var ki, bunlar vaxtından əvvəl ölümə aparan xəstəliklərin yaranmasının qarşısını alır, həyat səviyyəsini yüksəldir.

"Sağlam qidalanma" milli tədqiqat mərkəzinin ekspertləri tibbi məlumatlar əsasında ən əhəmiyyətli maddələrlə zəngin məhsulların qəbuluna xüsusi diqqət etmənizi tövsiyə edir:

Siyahıya həyat əhəmiyyətli 6 faydalı məhsul daxildir:

1. Gün ərzində norma daxilində orqanizm 250 mq omeqa-3 qəbul etməlidir. Hər 2-3 gündən bir 200 q dəniz məhsullarından istifadə etmək lazımdır. Misal olaraq skumbriya, forel, sardina, qızıl balıq kimi növləri daha məsləhətlidir. Omeqa-3-ün ən zəngin bitki mənbəyi kətan yağıdır. Çərəzlər içərisində fındıq və qoz daha çox faydalıdır.

2. Hər kəs gün ərzində 400 q-a yaxın tərəvəz qəbul etməlidir. Müxtəlif növ tərəvəzlər orqanizm üçün xeyirlidir. Arzu olunandır ki, onları bişirmədən təzə-təzə yeyəsiniz. İstənilən zaman tərəvəzdən istifadə etmək olar, şərt deyil ki, yalnız yemək süfrəsində olsun. Kartof bura daxil deyil.

3. Orqanizmin gün ərzində ən az 300 q meyvə qəbuluna təlabatı var. "Hamı tərəfindən qəbul edilən meyvələrin yeməkdən öncə və sonra istifadəsi əhəmiyyətli təsirə malikdir" - Oleq Medvedev qeyd edib. Səhər yeməyindən öncə təzə sıxılmış meyvə şirəsi və ya meyvə salatına üstünlük verin. Bu orqanizmdə maddələr mübadiləsini yaxşılaşdıracaq, həzm sistemini asanlaşdıracaq. Meyvələri diri-diri yox, yaxşı çeynənmiş halda udmaq məqsədə uyğundur.

4. Dənli məhsullar gün ərzində ən az 125 q qəbul olunmalıdır. Kəpək buğda və digər dənli bitkilərin məhsulları ballast maddələrlə zəngindir və tərkibində B və E vitaminləri var. Kəpək bağırsağın fəaliyyətinə tənzimləyici təsir göstərir. Bu məhsulları belə dəyərli edən onların tərkibində olan vitamin, mineral və mikroelementlərdir. Buğda unu, çovdar asan əldə olunan məhsullardır. Kəpəksiz çörəklərdən istifadə etmək yaxşı olardı. Bütöv dənli bitkilər hər şeydən əvvəl sellülozla zəngindir və artıq çəkidən qurtulmağa kömək edir. Mədə-bağırsaq mikroflorasının prosesini tənzimləyir eyni zamanda həzm sistemini normallaşdırır. Bütöv növ dənli məhsullardan istifadə etmək faydalıdır. Səhər yeməklərində yulaf yarmasından istifadə etmək gün ərzində orqanizmi lazimı faydalı elementlərlə təmin edir.

5. Zülallar, yağlar və karbohidratlar orqanizmin gündəlik ehtiyacı olan əsas maddələrdəndir. Orqanizmin ən az 11%-ni müxtəli növ turşular təşkil edir. Elmi araşdırmalar göstərdi ki, doymuş piylərin (heyvanların piylərindən alınan qidalar, kərə yağları, piyli ət) və karbohidratların lazımi miqdarda təmini orqanizmi əhəmiyyətli dərəcədə yaxşılaşdırır və həyatı uzadır. Oleq Medvedev salatlara və digər yeyinti məhsullarına ağardıcı məhsullarından çox yağlardan istifadə etməyi tövsiyə edir. Gün ərzində 2 xörək qaşığı zeytun yağı içmək inanılmaz dərəcədə faydalıdır.

Qeyd olunan normalara riayət etsəniz siz özünüz üçün sağlam həyat tərzi formalaşdırmış olacaqsınız.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR