Dırnaq batmasının qarşısını alan 2 QARIŞIM

Dırnağın ətə batması əksər hərəkətlərə mane olan ağrılarla müşahidə edilir. Dırnaq batması adətən ayağın baş barmağında müşahidə edilir. Bu, dırnağın böyüdükcə eninə doğru inkişaf etməsindən irəli gəlir. Dırnaqlar düz qabağa doğru uzandığına görə onu tutarkən qaydalara düzgün əməl olunmalıdır. Belə ki, uşaq yaşlarında uşağın dırnaqlarının yalnız qabaq tərəfindən kəsmək lazımdır.
Dırnağın ətə batması həmin nahiyədə ağrıya, qızartıya səbəb olur. Gigiyena qaydalarına əməl eləmədikdə isə həmin nahiyədə iltihablaşma əmələ gəlir və xəstənin fiziki hərəkətini məhdudlaşdırır. Dırnağın ətə bataraq iltihablaşması xəstənin vəziyyətinin ağırlaşmasına və dırnağın çıxarılmasına səbəb olur. Çünki iltihablaşma irəliləyərək sümüyə qədər çata bilir. Buna görə də əksər hallarda dırnağın ətə batdığı zaman vaxtında ehtiyat tədbirləri görülür.

Dırnağın ətə batması hansı səbəblərdən baş verir?
 

* dırnağın anadangəlmə quruluşunda çatışmazlıq olduqda
* barmaqları sıxan, ucu şiş ayaqqabılar geyindikdə
* dırnaqda qalınlaşma olduqda
* barmaqlar kök olduqda
* dırnaqlarda göbələk xəstəliyi olduğu zaman
* dırnaqlar uşaqlıq yaşlarından düzgün tutulmadıqda
 

Qarşısını necə almaq olar?
 

* geniş ayaqqabı geyinərək
* ayaqları hər gün isti su ilə vanna edərək
* ayaqları yaş saxlamayaraq
 

Dırnaq batması zamanı özünüz qulluq edərək, bu problemin ağırlaşmasının qarşısını ala bilərsiniz. İltihablaşma baş verdikdə isə mütləq həkimə müraciət etmək lazımdır.
Ev şəraitində də müxtəlif vasitələrdən istifadə edərək dırnaq batmasının ağırlaşmasının qarşısını ala bilərsiniz. Bunun üçün aşağıdakı qarışımdan istifadə edərək ayaqlarınızı vanna edin.
 

1) duz vannası
 

*100 qram duz
* 1 lit isti su
* çobanyastığı, əncir yarpağı, ada çayı və şam yarpağı
 

Həmin qarışımdan vanna etməzdən əvvəl bir qədər götürüb vannadan sonra pambığa batıraraq dırnaqla ətin arasına qoyub bağlayın.
 

2) kofe ilə müalicə
* 1 xörək qaşığı kofe
* 5 ədəd aspirin
 

Aspirin və kofe dənələri ayrı-ayrılıqda üyüdülüb qarışdırılır. Sonra krem halına gələnə qədər vazilen qatılır və xəstə dırnaq nahiyəsinə qoyulur. (immunitet.az)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR