“Naxçıvanın tarixi abidələri” adlı dərslik işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Naxçıvan Dövlər Universitetinin müəllimi Fizzə Quliyevanın müəllifi olduqları "Naxçıvanın tarixi abidələri" adlı dərslik işıq üzü görüb.Bölmədən "Olaylar" - a bildirilib ki, "Naxçıvan" Universiteti Elmi şurasının qərarı ilə nəşr olunan dərslikdə e.ə. VII minillikdən başlayaraq Naxçıvanda yaranan qədim yaşayış yerləri və memarlıq abidələri haqqında məlumatlar öz əksini tapıb. Kitabda beynəlxalq ekspedisiyaların da qoşulduğu arxeoloji araşdırmalar zamanı aşkar olunan müxtəlif dövrlərə aid abidələr və maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib. Naxçıvanın Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi bu mədəniyyətin mənşəyi, xronologiyası və inkişaf xüsusiyyətləri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilir. Tədqiqatçılar, müəllimlər, universitet tələbələri üçün nəzərdə tutulan, giriş, altı fəsil və nəticədən ibarət olan dərslikdə Naxçıvanın qədim abidələri, o cümlədən Orta əsr tarix-memarlıq abidələri ətraflı şəkildə işıqlandırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR