Qazaxıstanlı tələbələrin elmi-təcrübi dərsləri

Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyada təhsil alan I kurs magistr tələbələrinin elmi-təcrübi dərsləri davam edir. Universitetdən "Olaylar" - a bildirilib ki, rəssamlıq fakültəsinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Türkan Abbasovanın rəhbərliyi ilə Kseniya Omelçenko, Samal Mamitova və Talğat Əbdildayev Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu ziyarət ediblər. Tələbələr kompleksdə arxeoloji abidələr, yaşayış binaları, kurqanlar, sərdabələr, məscidlər və digər qədim memarlıq nümunələri ilə yaxından tanış olublar. Daha sonra tələbələr Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Arif Əzizovun əsərlərini, ümumi yaradıcılığını izləyə biləcəkləri "Art House" emalatxanasının qonağı olublar.

Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Fəxri Məmmədli də öz növbəsində tələbələrə "İncəsənət sahəsində idarəetmə" haqqında məlumat verib. Daha sonra onlar Aşıq sənəti kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhliman Rəhimov ilə XX əsrin aşıqları, aşıq məclislərinin quruluşu, deyişmələrin növləri, şikəstələr, Korğolu, Manas dastanları və Türkdilli xalqların saz sənəti haqqında müzakirələr aparıblar. Miras Sabitov, Janqali Musayev və Kuanış Altıbayev S.Vurğunun Azərbaycan şeirini qazax dilində səsləndiriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR