Riyaziyyat və Mexanika İnstitutu dissertasiya şurasında iclas

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Nargül Kamandar qızı Qurbanova və  Nazilə Lətif qızı Muradova riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi  almaq üçün  dissertasiya işi müdafiə ediblər.

Akademiyadan "Olaylar" - a bildirilib ki, Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Nargül Qurbanovanın "Sərhəd şərtlərinə operator və spektral parametr daxil olan ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd məsələlərinin tədqiqi" mövzusunda 1211.01-Diferensial tənliklər ixtisası üzrə və Nazilə Muradovanın "Hilbert fəzasında bəzi qeyri-tipik operator-diferensial tənliklərin korrekt həll olunması" mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyaların müdafiəsi  keçirilib.

Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR