Bu il 44 min daşınmaz əmlak üzərində mülkiyyət hüququn tanınıb

2017-ci il ərzində 18 torpaq sahələrinin kateqoriyasının və təyinatının kənd təsərrüfatı məqsədləri üçün dəyişdirilməsi ilə bağlı tədbirlər görülüb. "Aqropark"ların yaradılması məqsədi ilə təyinatı dəyişdirilməsi nəzərdə tutulan 21 rayon üzrə 118.2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, hesabat dövrü ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 140 hal üzrə inzibati protokollar tərtib edilmiş, bundan 85 hal üzrə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək Monitorinqlər zamanı pozuntu hallarının qarşısının alınması, qanunvericiliyə əsasən cəza və inzibati tədbirlərin görülməsi təmin edilib. İlk 3 ay ərzində keçirilmiş 9 "Kütləvi çıxarış" kampaniyasının 2-si paytaxt rayonlarında, 7-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutmuş, 700-ə yaxın vətəndaş bu xidmət növündən yararlanmışdır.  2017-ci il ərzində ölkə üzrə 44 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR