Bakı Ali Neft Məktəbi Beynəlxalq Foruma hazırlaşır

Bakı Ali Neft Məktəbində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş İkinci "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-Kimya" Beynəlxalq Forumunun Proqram Komitəsinin iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, forum 25-28 aprel tarixlərində Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın "Confidence Capital" Ltd şirkətinin birgə təşkilatçılığı keçiriləcək. İclasda Forumun Proqram Komitəsinin sədri, BANM-in rektoru Elmar Qasımov və Komitənin həmsədri, "Confidence Capital" Ltd şirkətinin baş direktoru Andrey Rudenko iştirak ediblər. Görüşdə qeyd olunub ki, Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirində 15-dən artıq ölkənin nümayəndələri öz iştiraklarını təsdiq edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR