Yeni piyada keçidi tikilir

Qala- Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçidinin inşası aparılır. "OLAYLAR"-ın xəbərinə görə, bir aşırımlı metal konstruksiyalı yerüstü piyada keçidinin magistral yol üzərindəki hissəsinin ümumi uzunluğu 45 m, iki ədəd giriş-çıxışlarında pilləkənlərinin hər birinin uzunluğu 15 metr, keçidin tam uzunluğu 75 metrdir. Piyada keçidinin hərəkət hissəsinin eni 3.5 m, yol səthindən olan hündürlüyü isə 5.5 m təşkil edir.

Piyada keçidi elementləri mövcud normalara görə intensivliyi 400kq/m2 olan piyada yükü təsirinə hesablanaraq "Azəravtoyol" ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən layihələndirilib. Aşırım və pilləkan hissəsi metal konstruksiyalı olan piyada keçidinin inşası həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsini, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təmin etmiş olacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR