Üç ayda 250 kiçik dövlət müəssisə özəlləşdirilib

Cari ilin ilk rübündə dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparılmış, 294 monitorinq aktı təhlil edilmişdir. Dövlət müəssisələri və səhmdar cəmiyyətlərdən dövlət əmlakının səmərəli istifadəsinə dair 5000-ə yaxın illik xüsusi hesabat forması alınıb ki, bunun 89.7%-i elektron qaydada qəbul olunub. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə məlumat verib. Bildirib ki, özəlləşdirilmə prosesində xarici investorların geniş iştirakının təmin olunması məqsədi ilə komitə tərəfindən müxtəlif sahələrdə fəaliyyət göstərən 500-ə yaxın nüfuzlu xarici şirkət dəvət olunub. Prosesə yerli investorların daha fəal cəlb edilməsi məqsədi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və AZPROMO-nun iştirakı ilə 120-yə yaxın iri yerli holdinq, şirkət, assosiasiya və iş adamının qatıldığı işgüzar forum keçirilib. Görülən tədbirlər nəticəsində, 2017-ci ilin I rübündə ümumilikdə 250-yə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikililər və nəqliyyat vasitələri, habelə müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, səhmdar cəmiyyətləri özəlləşdirilmiş, 63 qeyri-yaşayış və torpaq sahəsi icarəyə verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR