Komitə sədri: “Elektron kadastr uçotu işləri yekunlaşıb”

Hazırda elektron kadastr uçotu işləri yekunlaşmış, 12 rayon üzrə məlumatların emal edilməsi, təhlili və bu rayonların ərazilərinin bələdiyyə xəritələrinin hazırlanmasına başlanılmışdır. Bu barədə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun sözlərinə görə, ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə  daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 14 rayonun 810 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinə baəlanılmı. Və bu işlər ilin sonunadəktam yerinə yetiriləcəkdir. 2017-ci ildə 14 rayonun bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş 649 min hektara yaxın ərazilərində irimiqyaslı çöl torpaq tədqiqatı işlərinin aparılması nəzərdə tutulur. Respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq  küçə və prospekt formalaşdırılmış, 600 mindən artıq giriş ünvan nömrələri  Ünvan Reyestri İnformasiya Sisteminə  daxil edilmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR