Səyyar ASAN xidmət Siyəzəndə

Aprelin 17 - dən mayın 16 - dək Səyyar ASAN xidmət Siyəzən şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Asan Xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 mart - 26 aprel Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 29 mart - 26 aprel Salyan şəhərində, 3 - 22 aprel Füzuli rayonunun Horadiz şəhərində, 10 - 19 aprel Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində, 15 - 29 aprel Abşeron rayonunun Novxanı qəsəbəsində, səyyar ASAN qatar isə 14 - 28 aprel Şəmkir rayonunun Dəllər qəsəbəsində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR