Abşeron gəncləri maarifləndirildi

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yeniləşən Azərbaycan Gəncliyi" ictimai birliyi Abşeron rayonunda "Gənclərin ekoloji mədəniyyətinin artırılmasına təşəbbüs dəstəyi" mövzusunda tədbir keçirmişdir. Tədbiri açıq elan edən ictimai birliyin səlahiyyətli nümayəndəsi E.Əsədov bildirmişdir ki, 2010-cu il Azərbaycan Respublikasının dövlət başçısı tərəfindən "Ekologiya ili" elan olunmuşdur. Cənab İlham Əliyevin "Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" barədə imzaladığı 2006-cı il 28 sentyabr tarixli sərəncamı, əlaqədar orqanlarla birlikdə hər bir Azərbaycan vətəndaşı üzərinə də böyük öhdəliklər qoyur.

Onu da qeyd edək ki, insanların ekoloji cəhətdən maarifləndirilməsinin erkən yaşda həyata keçirilməsi olduqca zəruridir. Çünki hər bir gənc cəmiyyətimizin gələcək yetkin fərdinə çevrilərək onun inkişafında mühüm rol oynamaq imkanına malikdir. Elə bu səbəbdən gənclərin ekoloji cəhətdən tərbiyələndirilməsinə xüsusi diqqət yetirilməlidir.

Tədbirdə ekspert Hafiz Quliyev və digərləri çıxış edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR