Litvalı professor Azərbaycana heyran oldu

Litva Edukoloji Universitetinin professoru Vidas Kavaliauskas Bilik Fondunun təşkilatçılığı ilə bir sıra görüşlər keçirib. Fonddan "Olaylar" - a bildirilib ki, litvalı professor səfərin birinci günü Bakı Mühəndislik Universitetinin "Azərbaycan Multikulturalizmi" Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə tələbələrlə görüşüb. Görüşdə təmsil etdiyi ölkənin etnik mənzərəsindən danışan V. Kavaliauskas Litvadakı multikulturalizm mühiti ilə Azərbaycan multikulturalizmi arasında paralellər aparıb. V. Kavaliauskas Bakı Mühəndislik Universitetinin Texnoparkı ilə tanış olub, burada tələbələr üçün yüksək səviyyədə şərait yaradıldığını bildirib.

Litvalı professorun Bilik Fondunda təcrübəçi tələbələr və könüllülərlə görüşü keçirilib. Çox sayda xarici ölkələrə səfərlər etdiyini diqqətə çatdıran V. Kavaliauskas Ermənistana cəmi bir dəfə getdiyini, gördüklərindən sonra daha heç vaxt bu ölkədə olmaq istəmədiyini vurğulayıb. Bilik Fondunun əməkdaşları səfərin ikinci günü litvalı alimi öz arzusu ilə birinci Fəxri Xiyabana aparıblar. Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməklə başlayan ekskursiya zamanı qonağa Azərbaycanın tarixi şəxsiyyətləri haqqında geniş məlumatlar verilib. V. Kavaliauskas növbəti gün Bakirə Müqəddəs Məryəm katolik kilsəsində təşkil olunan Pasxa bayramında iştirak edib, Azərbaycan multikulturalizm ənənələrini özündə əks etdirən əyani vəsaitlərlə tanış olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR