İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş müsabiqə keçirilir

IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğ edilməsi məqsədilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən ölkəmizin bütün bölgələrini əhatə edən Respublika təsviri sənət müsabiqəsinə start verilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqə 6-17 yaş arası məktəblilər olmaqla, 6-9, 10-13, 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib. Musabiqə 2 mərhələdə təşkil olunacaq. I mərhələ 24-27 aprel 2017-ci il tarixlərində zonalar üzrə təhsil şöbə və idarələrində keçiriləcək. Hər zona üzrə bütün yaş kateqoriyalarında ilk üç yeri tutan əsərlər növbəti mərhələyə vəsiqə qazanacaq. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR