146.920 əcnəbi və vətəndaşlığı olmayan şəxs qeydiyyata alınmaqla bağlı müraciət edib

Dövlət Miqrasiya Xidmətində 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, 2017-ci ilin I rübü ərzində 399.429 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə 557.628 girişi və 398.295 nəfər olmaqla ölkə ərazisindən 557.461 əcnəbi və vətəndaşlığı olmayan şəxsin çıxışı qeydə alınıb. Rüb ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 146.920 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib. Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 22.164 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR