ADU-da bədii yaradıcılıq festivalının seçim mərhələsi keçirilib

Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan bədii yaradıcılıq festivalının seçim mərhələsi keçirilib. Bədii yaradıcılıq festivalı ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini mədəniyyətimizə və milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyələndirmək, o cümlədən incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət heyətinin birgə qərarına əsasən baş tutub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, münsiflər heyətinin sədri Fərəh Əliyeva, İncəsənət gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri, Xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Hafiz Quliyev, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının müəllimi, tarzən Arslan Növrəsli festivalın seçim mərhələsinin iştirakçılarının çıxışlarına baxıblar.

Tədbirdə universitetin tələbələri "Dədə Heydər", "Mənim marşalım" şeirlərini söyləyib, "Dalğa" rəqs qrupu "Lirik rəqs", "Qarabağ yallısı" rəqslərini ifa edib, eyni zamanda "Azərbaycan", "When the music dies" və s. mahnıları səsləndiriblər.

Qeyd edək ki,  2017-ci il may ayının birinci yarısında yekun konsert keçiriləcək, qalib adına layiq görülmüş kollektiv və solo ifaçılar  Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR