Sumqayıtda zavodda türkiyəli işçilərlə azərbaycanlılararasında kütləvi dava olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi ilə Sumqayıtda tikilən Karbamid zavodunun inşaatçıları arasında əlbəyaxa dava düşüb. 

Dava-dalaş tikintidə çalışan türkiyəli və azərbaycanlı işçilər arasında baş verib.

Olaya səbəb türkiyəlilərin azərbaycanlıları aşağılaması, onları ələ salması olub.

Belə ki, inşaat işlərində azərbaycanlılardan daha yüksək maaş alan türkiyəli işçilərin "siz heç nə bilmirsiniz, bacarıqsız və savadsızsınız, ona görə də sizdən yaxşı maaş alırıq" demələri azərbaycanlıların etirazına səbəb olub. Daha sonra etiraz əlbəyaxa davaya çevirilib. Olayda hər iki tərəfdən xeyli adamın iştirak etdiyi bildirilir.

Hadisə barədə SOCAR rəhbərliyi məlumatlandırılandan sonra dava-dalaş salan türkiyəli fəhlələr inşaat işlərindən kənarlaşdırılıb. Bununla da kifayətlənməyərək, türkiyəli fəhlələri Azərbaycandan deportasiya ediblər.

Xəbərə görə, inşaat ərazisini tərk edən türkiyəli fəhlələr gedərkən divara azərbaycanlılara ünvanladıqları pis söyüşlər yazıblar. Ancaq söyüşü kimin yazdığı məlum olmadığından heç kimi cəzalandıra bilməyiblər.

Modern.az saytı olaya aydınlıq gətirilməsi üçün SOCAR-la əlaqə saxlayıb. SOCAR-ın mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, doğrudan da, Karbamid zavodunun inşaat işləri tərəfdaş şirkətlərin işçiləri tərəfindən həyata keçirilir. Ancaq bu günlər orada hansısa insidentin olduğunu təsdiqləməyiblər.

"Karbamid zavodunda insidentin yaşanması ilə bağlı yayılan məlumatlar yanlışdır. Zavodun tikinti işləri davam etməkdədir. Tikinti işlərində çalışan işçilər arasında belə bir qarşıdurma və ya insidentin olmasına heç bir halda yol verilmir", - deyə SOCAR-dan bildirlib.

Modern.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR