Bakıda 30 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

Bakı şəhərində evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1986-ci il təvvəllüdlü Rəmail İsmayılovun Süleyman Sani Axundov küçəsi, 1V ünvanında yerləşən evindən naməlum şəxs və ya şəxslər qeyri-müəyyən şəraitdə 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR