Türkiyənin məşhur jurnalistləri Bilik Fondunda

 

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olan bir qrup tanınmış jurnalist martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda görüş keçiriblər. Fonddan "Olaylar" - a bildirilib ki, Türk Ocaqları Antaliya şöbəsinin başkanı, Antalya Gazeteciler Cemiyeti və Akdeniz Gazeteciler Federasyonu Başkanı, Türkiye Gazeteciler Konfederasyonu Genel Başkan Yardımcısı Mevlüt Yeni, Burdur Gazeteciler Cemiyeti Başkanı Kürşat Tuncel, Yenigün-Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Akdeniz Gazete Sahipleri Derneği Başkanı Ahmet Duran Yenigün, Akdeniz Gazeteciler Federasyonu Yönetim Kurulu üyesi Ali Buldu, Antalya Gazeteciler Cemiyeti Başkan Yardımcısı İdris Taş, Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Osmaniye Gazeteciler Cemiyeti Başkanı Ali Cihangir, Antalya Gazeteciler Cemiyeti Başkan Yardımcısı Mustafa Taş, o cümlədən məşhur Təbrizli şair Səməd Behranginin bacısı qızı Fərəhnaz Zəfəraninin təmsil olunduğu nümayəndə heyəti Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüblər.

Millət vəkili Qənirə Paşayeva qardaş Türkiyədən ölkəmizə qonaq gələn mətbuat yetkililəri, onların rəhbəri olduğu qurumlarla gələcək əməkdaşlıq perspektivindən danışıb, bu istiqamətdə Bilik Fondunun layihələr həyata keçirəcəyinə əminliyini ifadə edib.

Bilik Fondunun icraçı direktoru qonaqları ölkəmizdə, xüsusən də maarifləndirmə missiyası daşıyan Fondda görməkdən məmnunluq ifadə edib. O.Səmədov hər bir qonaqla tanış olduqdan sonra gələcək fəaliyyət planının hazırlanmasına ehtiyac olduğunu deyib. 

Daha sonra türkiyəli qonaqlar da səfər çərçivəsində yaşadıqları təəssüratları bölüşüblər. Qardaş Azərbaycan mətbuatı ilə sıx əlaqədə olduqlarını bu əlaqələrin nümunə kimi beynəlxalq mətbuat aləminə çıxarılmasının məqsədəuyğun olduğunu bildiriblər. Çıxış edən hər bir natiq qeyd edib ki, Türkiyə dövləti ilə Azərbaycan dövlətinin qardaşlığı ölkələrin bütün sahələrini eyni səviyyədə əhatə etməli və məhz mətbuat bu bağların qırılmaz olduğuna çalışmalıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR