Bu MASKALAR sizi 10 yaş gəncləşdirəcək

Təbii meyvələrlə və yağlarla bərpaedici maskalar hazırlayıb daha gənc görünə bilərsiniz. Evdə hazırlaya biləcəyiniz təbii dəri maskalarından bir neçəsi ilə sizi tanış edirik.

Karbonatlı maska

Karbonat antibakterial xüsusiyyəti ilə dəridə iltihab və çivzə yaranmasına mane olur. Dəri məsamələrinin daralması dərinizin daha gənc görünməsinə kömək olur.

Hazırlanması:

2 şorba qaşığı karbonatla 2 şorba qaşığı mineral suyu məcun halına gətirərək qarışdırın. Məsamələrinizin açıq olduğu və ya çivzəli bölgəyə çəkin. 30 saniyə gözlədikdən sonra soyuq su ilə yuyun. Təsirli nəticə almaq üçün 2 həftə ərzində 2 gün ara verərək istifadə edə bilərsiniz.

Xiyar maskası

Xiyar vitamin və mineral baxımından olduqca zəngindir. Dərinin nəm tarazlığını qoruyur, ehtiyacı olan vitamin və mineralların qarşılanmasını təmin edir.

Hazırlanması:

4 dilim xiyarı 2 şorba qaşığı limonla qarışdırın. Daha sonra limonlu xiyar dilimlərini blenderdən keçirin. Gel konsistensiyasına gəldikdə bütün üzünüzə maska kimi sürtün. 15 dəqiqə gözlədikdən sonra soyuq suyla yuyun. Bu maskanı maksimum həftədə 3 dəfə təkrarlaya bilərsiniz.

Yumurtalı maska

Yumurtanın ağı xüsusilə dəri üçün olduqca faydalıdır. Dərini möhkəmləndirmək, dəri məsamələrini kiçiltmək, dəridə yığılan yağı aradan qaldırmaq kimi bir çox təsirləri var.

Hazırlanması:

1 ədəd yumurtanın ağını sarısından ayırın. İçərisinə 2 şorba qaşığı yulaf, 2 şorba qaşığı limon suyu əlavə edib qarışdırın. Üzünüzə sürtün və yarım saat saxlayın. Soyuq su və ya ilıq su ilə durulayın. Bu maskanı maksimum həftədə 2 dəfə tətbiq edə bilərsiniz.

Arqan yağı maskası

Arqan yağı E vitamini baxımından olduqca zəngindir. Dərinin ehtiyac duyduğu və dəri üçün ən əhəmiyyətli vitamin olan E vitamini ehtiyacını qarşılamağı təmin edir.

Hazırlanması:

Təmizlədiyiniz dərini quruladıqdan sonra ovcunuza bir neçə damcı arqan yağı damcıladın  və əlinizdə yağı isidin. Yağ isindikdən sonra arqan yağını dərinizə masaj edərək çəkin. Dəriniz çox qurudursa, yarım saatdan çox qala bilər. Daha sonra soyuq su ilə yuyun. Bu maskanı həftədə yalnız 1 dəfə edə bilərsiniz.   Aile.lent.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR