Yusif Səfərov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, məhdudlaşdırma mart ayının 18-dən 19-na keçən gecədən etibarən və bir-neçə günlük tətbiq edilməyə başlanılacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Alternativ olaraq sürücülər Nobel prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti, həmçinin Xocalı prospekti-Fəzail Bayramov küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti istiqamətlərindən istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR