3350 qaçqın və məcburi köçkün ailəsinə bayram hədiyyəsi verilib

Novruz bayramı ərəfəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin himayəsində olan məcburi köçkün ailələrinə baş çəkilib. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam və Şuşadan olan və Goranboy rayonu ərazisində müvəqqəti məskunlaşan 3350 qaçqın və məcburi köçkün ailəsinə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılıb. Gəmiçiliyin nümayəndələrinin məcburi köçkünlərlə görüşündə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin tezliklə yurd-yuvalarına qayıdacaqlarına inam ifadə edilib, bayram arzuları dilə gətirilib. Torpaqlarımızın erməni işğalı nəticəsində ev-eşiyindən didərgin düşən həmvətənlərimiz daimi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, dənizçilərə aydın səma altında uğurlu səfərlər arzulayıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR