Azərbaycandan daha 60 nəfər Ümrə ziyarətinə yollandı

Azərbaycandan Ümrə ziyarətinə növbəti 60 nəfərlik qrup yola düşüb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanına gedən 60 nəfərdən 48-i qadın, 12-si kişidir: "Ümrə ziyarətinə qadınlar daha çox gedir. Gedənlər əsasən 40-60 yaş arası insanlardır".

H.Babayev bildirib ki, zəvvarların 30 nəfəri 2 230, 30 nəfəri isə 1 590 dollarlıq xidmət paketindən istifadə ediblər. Onlar on gün müddətində səfərlərini başa vuracaqlar.

QMİ-nin məsul işçisi əlavə edib ki, bu il Həcc ziyarətinə getmək üçün artıq 360 nəfər qeydiyyatdan keçib: "Ziyarətə getmək istəyənlər vaxtında sənədlərini təqdim etsələr, çox yaxşı olar. Çünki artıq 600 nəfərlik kvotadan 240-ı qalıb".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR