Bakıda ana intihar etmiş 16 yaşlı qızını morqdan götürmək istəmədi

Hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib. Bu barədə Nizami Rayon Polis İdarəsindən məlumat verib.

Xaçmaz rayon sakini, 16 yaşlı A.A. Abşeron rayonu Məhəmmədi qəsəbəsindəki yaşayış evinin 8-ci mərtəbəsindən özünü ataraq həyatına son qoyub. Yeniyetmə qohumlarına məxsus mənzildə yaşayırmış. Məlum olub ki, günorta saatlarında ev paltarında olan yeniyetmə özüylə planşeti və pul qabını götürərək mənzili tərk edib. Təhqiqatçılar planşeti və pul qabını hadisə yerində aşkar ediblər. Məlum olub ki, planşetdəki şəxsi yazıların hamısı silinib.

Nizami rayon prokurorluğu intiharın səbəbləri araşdırılr. Yeniyetmənin intihara sürükləyən bəzi detalların isə ailədaxilindəki problemlərdən qaynaqlandığı da istisna edilmir.

Özünə qəsd edən qızın anasının psixonevroloji dispanserdə qeydiyyatda olduğu bildirilir. Qohumlarının sözlərinə görə, yarım il öncə qadın qızını möhkəm döyüb. O, uşaqlarını və ərini ataraq evdən gedib. Çox keçməyib ki, anasının ardınca A.A da evi tərk edərək Məhəmmədi kəndinə - qohumlarının evinə sığınıb. Yeniyetmə məktəbə getməyib.

"Anasına zəng vurduq, qızının ölüm xəbərini verdik, gəlməsini xahiş etdik. Qadının cavabı hamını heyrətləndirdi. "Onsuz da mənim gəlişimlə geri qaytarmayacaq" dedi və dəstəyi asdı", - Məhkəmə tibbi ekspertizası şöbəsindən belə deyiblər. Sputnik.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR