Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə rəsmi namizəd oldu

YUNESKO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbs təşkilatın baş direktoru vəzifəsinə 9 namizədin adlarını rəsmi açıqlayıb. Namizədlər arasında Polad Bülbüloğlu (Azərbaycan), Fam Suan Şon (Vyetnam), Muşira Həttab (Misir), Hamad Bin Əbdüləziz Al-Kavari (Qətər), Tsyan Tan (Çin), Xuan Alfonso Fuentes Soria (Qvatemala), Saleh Al-Hasnavi (İraq), Vera El-Huri Laköy (Livan) və Odri Azule (Fransa).

Baş direktor İcraiyyə Şurasının təqdimatı ilə Baş Konfrans tərəfindən 4 il müddətinə təyin edilir. 9 namizəd aprelin 26-27-də baş tutacaq İcraiyyə Şurasının 201-ci sessiyasında müsahibədən keçəcəklər.

İcraiyyə Şurası tərəfindən təqdim edilmiş namizəd Şuranın oktyabr ayında keçiriləcək 202-ci sessiyasında gizli səsvermə yolu ilə seçiləcək. Sonra YUNESKO-nun İcraiyyə Şurasının sədri seçilmiş namizədi noyabrda keçiriləcək Baş Konfransın 39-cu sessiyasında təqdim edəcəklər. Baş Konfrans namizədliyi nəzərdən kecirəcək və gizli səsvermə aparacaq. Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR