Deputat: “Tarif Şurasının qərarı zavodun fəaliyyətini iflic edib”

"Tarif Şurasının qərarı Neftçala rayonundakı Yod-Brom zavodun fəaliyyətini iflic vəziyyətinə salıb". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Arif Rəhimzadə bu gün milli Məclisdə hökumətin hesabatı zamanı deyib. Onun sözlərinə görə, Tarif Şurasının elektrik enerjisinin sərfiyyatı ilə bağlı qiymətin artırılması bir sıra müəssisələrinin fəaliyyətinə ciddi problemlər yaradıb. "Bunun bariz nümunəsi kimi olraq mən seçildiyim Neftçala rayonundakı Yod-Brom zavodudur. Bildiyiniz kimi bu zavod strateji bir məhsulun istehsalı ilə məşğul olur və bu məhsulun böyük bir hissəsi xaricə satılır. Ancaq tariff şurasının məlum qərarı bu zavodun fəaliyyətinə ciddi problem yaradıb" - deyə. A. Rəhimzadə vurğulayıb.
O əlavə edib ki, artıq zavod fəaliyyətini dayandrımaq təhlükəsi ilə üz-üzədir. "Vəziyətdən çıxış yolu kimi zavod orada çalışan kollektivin müəyyən bir qismini öz hesabına məzuniyyətə göndərib. Əgər vəziyyət belə davam edərsə, zavod fəaliyyətini dayandıra bilər"- deyə, o, qeyd edib. Vəziyyətdən çıxış yolu kimi A. Rəhimzadə hökumətə təklif edib ki, elektrik enerji sərfiyyatı ay ərzində 5 milyon Kv/saatdan çox olan müəssisələrə şamil edilən güzəştlər Yod-Brom zavoduna da şamil edilsin: "Bu zavodun aylıq enerji sərfiyyatı 3 milyon Kv/saat enerji sərfiyyatı var. Təklif edərdim ki, Tarif Şurası bu güzəşti heç olmasa bu zavoda şamil etsin".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR