BƏT-in “Əməyin gələcəyi” təşəbbüsü ilə əlaqədar ölkəmizdə milli dialoq çərçivəsində silsilə tədbirlər keçirilir

Martın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri" mövzusunda panel müzakirələr keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin moderatorluğu ilə keçirilən tədbirdə ölkəmizdə demoqrafik vəziyyət, əhali sakinliyi və bu sahələrdə inkişaf meylləri, miqrasiya prosesləri, əmək bazarının inkişafı kimi məsələlərlə bağlı təqdimatlar edilib, daha sonra təqdim olunmuş məlumatlar əsasında demoqrafik meyllərin, miqrasiya proseslərinin əmək bazarına təsirinə dair müzakirələr aparılıb. Tədbirdə sosial tərəfdaşların (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının), aidiyyəti dövlət qurumlarının, habelə ayrı-ayrı elm və təhsil müəssisələrinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Müzakirələrin nəticələri martın 29-da sosial tərəfdaşların və BƏT-in rəhbər şəxslərinin, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli plenar iclasda təqdim olunacaq, mövzuya dair yekun müzakirələr aparılacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR