İntiqam Babayev Almaniyada BMT Könüllülük proqramının qərargahında olub

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Almaniyanın Bonn şəhərində səfərdə olub. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, səfərin əsas məqsədi BMT Könüllülük proqramının qərargahında Gənclər və İdman Nazirliyi ilə BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi arasında həyata keçirilməsi planlaşdırılan növbəti layihəyə əlavə ediləcək "Azərbaycanda könüllülük fəaliyyətinin gələcək inkişafı" komponenti ilə bağlı müvafiq müzakirələrin aparılması olub. Səfər zamanı BMT Könüllülük proqramının fəaliyyət istiqamətləri barədə təqdimatlar və BMT Könüllülük proqramının müxtəlif yüksək dərəcəli məmurları ilə görüşlər keçirilmişdir. Görüşlərdə ölkəmizin gənclər siyasəti, Gənclər və İdman Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında uğurla həyata keçirilən birgə layihələr, Azərbaycanda könüllülük hərəkatının inkişafı və 12-22 may 2017-ci il tarixlərdə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq barədə məlumat verilmiş və BMT Könüllülük proqramı ilə gələcək əməkdaşlığın perspektivləri və mümkün sahələri barədə geniş müzakirələr aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR