Mübariz Qurbanlı şimal zonasında vətəndaşları qəbul edib

Martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şabrandakı Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan sakinləri qəbul edib. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə,Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar əsasən dini icmaların dövlət qeydiyyatı və fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkili və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək, qaldırılan məsələlərdən bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR