Azərbaycanda sözün əsl mənasında siyasi plüralizm mövcuddur

Ölkədə siyasi partiyalar və vətəndaş cəmiyyətləri sərbəst fəaliyyət göstərir
 

Azərbaycanda söz, fikir azadlığı ilə yanaşı, siyasi plüralizmin də mövcudluğu heç kimdə şübhə yaratmır. Siyasi plüralizm-müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi anlamına gəlir. Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir. Etiraf edilməlidir ki, Azərbaycanda sadalanan institutların mövcudluğu hamı tərəfindən qəbul edilir. Hüquqşünas Hikmət Tağıyev bildirib ki, demokratiya cəmiyyətdə elə bir siyasi təşkilatdır ki, o xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır. Demokratiya xalqa dövlət işlərində iştirak etmək hüququ verir. Demokratiya əhval-ruhiyyəli cəmiyyətdə, sosial mühitdə plüralizm yaranır. Demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxili və xarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır. Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir. Siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır. Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir. Totalitar cəmiyyət bütün vətəndaşlarından eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi düşünməyi tələb edir. Bu ideologiya hakimiyyətdə olan qüvvələrin maraq və mənafelerinin ifadəsinə yönəldiyi üçün onu tənqid etmək, siyasi proseslərə müdaxilə mümkün deyildir. Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir. Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi ikişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir. Azərbaycanda isə bu prinsiplər yüksək səviyyədə təmin olunub: "Tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibarətdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirir. Plüralizm latınca "plüralis" sözündən olub "çoxluq" deməkdir. Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri öz müxtariyyatına doğru inkişaf etməyə başlayır". Sosioloq Fərid Nəbiyev qeyd edib ki, bu gün Azərbaycanda sözün əsl mənasında siyasi plüralizm mövcuddur. Ölkə rəsmiləri dəfələrlə Azərbaycanda azad söz və media mühitinin mövcudluğunu, ölkədə azad mətbuat, azad internetin olduğunu bəyan ediblər. Reallıqda da hər bir jurnalist istədiyi informasiyanı sərbəst toplaya, heç bir senzuraya məruz qalmadan cəmiyyətə yaya və topladığı məlumat və materialları ictimai müzakirəyə çıxara bilir. İndiyədək Azərbaycanda yazıya görə həbsə alınan və yaxud təqib olunan jurnalist yoxdur. Azərbaycanda həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün nəinki postsovet məkanının, eyni zamanda, dünyanın ən qabaqcıl, Qərbi Avropa ölkələrinin media mühiti ilə yarışmaq, rəqabət aparmaq gücünə malikik. Üummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş media siyasəti bu gün Azərbaycanı həm daxildə, həm regionda, həm də beynəlxalq aləmdə təmsil edə biləcək azad medianın, azad jurnalistikanın inkişaf etmiş elektron və çap media nümunələrinin meydana çıxmasına şərait yaradıb: "Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda medianın vəziyyətini qənaətbəxş qiymətləndirmək olar. Ölkədə medianın sərbəst fəaliyyəti, azad sözün inkişafı, jurnalistlərin iradələrini sərbəst şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılıb. Sadəcə onu qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Bununla yanaşı ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyasının yayımı həyata keçirilir. Ölkədə medianı azad şəkildə fəaliyyətini təsdiqləyən faktlardan biri də internetin tam şəkildə azad olması ilə bağlıdır. Bu gün internetin fəaliyyətinə heç bir məhdudiyyət yoxdur və əhalimizin 75 faizindən çoxu fəal internet istifadəçisidir. Ölkə əhalisinin sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı 2 milyonu keçib. Bu faktlar Azərbaycanda azad medianın inkişafının göstəricisidir. Ümumiyyətlə, ölkəmizdə azad medianın inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan ictimai-siyasi sabitlik bərpa olundu və ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin siyasəti nəticəsində sabitliyin yaranması, vətəndaşların hüquqlarının müdafiəsinin təmin edilməsi, iqtisadi inkişafın başlaması kütləvi informasiya vasitələrini inkişafı, söz-mətbuat azadlığının təmin olunası istiqamətində ciddi addımların atılmasına əsas yaratdı. Söz-fikir, vicdan azadlığı kimi məsələlər ölkə konstitusiyasında təsbit edildi, mətbuata tətbiq dilən senzura aradan qaldırıldı. Mətbuatın inkişafına mane olan problemlərin aradan qaldırılması, onlara dövlət tərəfindən güzəştlər edilməsi ölkədə azad sözün, medianın inkişafını təmin etdi". Onun sözlərinə görə, həmin siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir: "Dövlət başçısının indiyə qədər həyata keçirdiyi siyasətlə azad sözün, medianın inkişafında nə qədər maraqlı olduğun ortaya qoyub. Belə ki, dövlət başçısı KİV-in sərbəst fəaliyyəti, media nümayəndələrinin öz iradələrini sərbəst şəkildə ifadə etməsi bütün mümkün imkanların yaradılmasını təmin edib. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianın inkişafında çox böyük rol oynayır. Yəni, dövlət özü azad medianın inkişafını stimullaşdırır. Bu fondun yaradılması konsepsiyada nəzərdə tutulan məsələlərin uğurla həyata keçirilməsini təmin edir. Dövlətin mətbuatın, azad sözün inkişafında maraqlı olduğunu təsdiqləyən kifayət qədər faktlar sadalamaq olar. Xatırlatmaq yerinə düşər ki, Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək KİV orqanına birdəfəlik maliyyə yardımının edilməsi, jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün vəsaitin ayrılması bu sahədə dövlət siyasətinin ardıcıl olduğunu təsdiqləyir. Jurnalistlər üçün dövlət hesabına 17 mərtəbəli binanın inşa edilməsi və bu sahədə xidmətləri olan media numayəndələrinə verilməsi, ikinci binanın inşasının yekunlaşması jurnalistlərin mənzil probleminin həllində həlledici rol oynayır. Dövlət başçısının sərəncamı ilə 2015-ci ildə milli mətbuatının 140 illik yubileyinin geniş qeyd olunması dövlətin mətbuata qayğısının bariz nümunəsidir. 200-ə yaxın mətbuat işçisinin orden, medal və fəxri adlarla təltif olunması bu sahəyə göstərilən qayığın ən gölə ifadəsidir. Dövlətin mətbuatın inkişafına göstərdiyi bu diqqət və qayğı azad medianın inkişafında böyük rol oynayır. Bütün fundamental azadlıqların təmin olunuduğu ölkəmizdə müstəqil medianın inkişafı hökumətin əsas prioritetlərindəndir". 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR