Dövlət fikir və söz azadlığının inkiişaf etdiilməsini prioritet hesab edir

Bu istiqamətdə əməli addımlar atılır

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkədə kütləvi informasiya vasitələrinin normal fəaliyyəti üçün kifayət qədər imkanlar və şərait yaradılıb. Müstəqil mətbuat mövcuddur, insanlar öz fikirlərinin açıq şəkildə ifadə edə bilir. Hər kəs heç bir məhdudiyyətlə qarşılaşmadan hər hansı bir kütləvi informasiya vasitəsi, qəzet, jurnal, yaxud internet portal təsis edə bilir. Həmçinin ölkədə social şəbəkələr vasitəsilə də hər bir şəxs öz azad fikrini cəmiyyətə çatdırır.

Yaxın tarixə nəzər salsaq görərik ki, ölkədə söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində ilk addımlar 1993-cü ildən, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra atılmağa başladı. Ümummilli lider faəliyyəti dövründə mətbuatla, media nümayəndələri ilə yaxından təmasda olaraq onlara öz qayğısını göstərir, kütləvi informasiya vasitələrinibn rəhbərləri ilə keçirdiyi görüşlər zamanı onların fikir və təkliflərini öyrənir, mətbuatın üzləşdiyi problemlərin həlli istiqamətində məqsədyönlü addımlar atırdı. Ümumilli lider azad fikir, müstəqil yanaşmaya xüsusi önəm verdiyi üçün öz növbəsində kütləvi informasiya vasitələrinin nümayəndələri də dahi şəxsiyyətlə hər bir görüşə böyük maraq, əhval-ruhiyyə ilə gedirdi. Dövlət başçısı kimi istər xarici. Istərsə də daxili səfərlərdə onu müşayət edən kütləvi informasiya vasitələri nümayəndələri sırasında təkcə iqtidar deyil, eləcə də müxalifət mətbuatı nümayəndələrinin də təmsil olunması da ümummilli liderin söz, məlumat azadlğı, plüralizmə verdiyi dəyərin göstəricisi idi.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət ondan sonra Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Məhz İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsinə qədəm qoydu desək yanılmarıq. Dövlət başçısının qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarını ləğv etməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, mütəmadi olaraq KİV-lərə birdəfəlik yardımların ayrılması, jurnalistlərin fəxri adlarla təltif edilməsi, eləcə də mətbuat işçilərinin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikilməsi bütün bunların əyani sübutudur. Elə Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətininvə "Ədəbiyyat Qəzeti" Redaksiya Heyətinin üzvütanınmış şair-publisist Əkbər Qoşalı da bu qənaətdədir. O, bildirib ki, istər ümummilli lider Heydər Əliyev, istərsə də Azərbaycan Prezidenti İlham Əliyev hər zaman mətbuatın hamisi olub: "Bildiyiniz kimi, respublikamızda prezident seçilən şəxs öz rəsmi fəaliyyətinə başlarkən Konstitusiyamıza əl basıb, and içir. Dövlətin informasiya siyasəti Konstitusiyamızda öz əksini tapmış fikir, söz və məlumat azadlığının, eləcə də, vətəndaşlarımızın informasiya əldə etmək hüququnun təmin edilməsinə, özü də ardıcıl surətdə təmin edilməsinə yönəlmişdir. Prezident İlham

Əliyevin kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi qərarlar, jurnalistlərlə görüşləri, jurnalistlərin müraciətləri əsasında atdığı addımlar və s. barədə materiallar üst-üstə yığılsa neçə cildlik kitab alınar. Özü də, bu neçə cildlik kitab edəcək materiallar yalnız söz deyil, əməli fəaliyyətdi, konkret sonuclardı, perspektivə geniş yoldu... Baxın, prezidentimiz medianın rolundan danışarkən hansı məqamlara toxunur: "Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatlar vardır. Mən bunu alqışlayıram. Xüsusilə, bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, yekəxanalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir.

...Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə, ölkədə aparılan siyasətlə bağlı müxtəlif fikirlər vardır və olmalıdır. Bu, təbiidir. Ancaq bir məsələdə - dövlət maraqlarımızın qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək inkişafı bizdən asılıdır. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir və bizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət və ölkə məhz bu əsaslarla fəaliyyət göstərir." Baxın, bunlar hələ 2013-cü ildə deyilmiş sözlərdir. Ötən illərdə qəbul edilən qərarlar, prezidentin imzaladığı sənədlərbir daha sübut etdi ki, KİV-in inkişafı üstünlük verilən sahələrdəndir və bu siyasət keçici deyil, qalıcı, sistemli münasibətlə öz əksini tapmaqdadır". Əkbər Qoşalı deyib ki, istər Mətbuat Şurasının formalaşdırılması, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, redaksiyalara birdəfəlik və başqa hüquqi formalar əsasında maddi yardımların göstərilməsi, jurnalistlər arasında müsabiqələrin keçirilməsi, milli mətbuat günündə, başqa əlamətdar günlərdə media təmsilçilərinin təltif edilməsi, jurnalistlər üçün çoxmənzilli binaların tikilməsi və s. danılmaz faktlar, gerçəkliyi əks etdirən olaylardır. Bu da, jurnalist ixtisasını seçənlərin kəmiyyət və keyfiyyətində, jurnalistikamıza peşəkarlığın daha böyük ölçüdə gəlməsində, toplumumuzda jurnalistlərin nüfuzunun qalxmasında və s. öz təsirlərini göstərməkdədir". Natiq Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından öndə olduğu halda, bəzi beynəlxalq təşkilatların müntəzəm olaraq bu sahədə Azərbaycanı hədəf seçməsinin nəyə hesablandığına da aydınlıq gətirib: "Bilirik ki, 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər bütün leqal hökumətlərə mətbuat azadlığının, demokratikliyin təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Açıqlaması"nı qəbul etdi. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü "Uluslararası Söz və Mətbuat Azadlığı Günü" kimi qeyd etməyi qərara aldı. Bu günün qeyd edilməsi azad, müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədinə bir töhfədir. Söz və mətbuat azadlığı bir çox hallarda toplumda demokratiyanın meyarı, ölçüsü rolunu oynayır, deyirlər. İnsan hüquqlarının tez-tez pozulduğu toplumlara, söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı toplumlar aid edilir. Məhz bu səbəbdən bir sıra uluslararası qurumlar, demokratiyanın inkişafına xidmət etdiyini bildirən quruluşlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır. Bildiyiniz kimi, 1998-ci ildə respublikamızda senzuranın ləğv edilməsi KİV-lə iş, yaxud jurnalistlərin işi

sahəsində yeni səhifə açmış oldu. - Bu sahədə əsaslı dönüş yarandı. Ümumən KİV-ə dövlət dəstəyi, şəxsən dövlət başçısının konseptual yanaşması barədə bayaqdan xeyli danışdıq; bütün bu deyilənlər, sadalanan faktlar fonundabəzi uluslararası qurumların ardıcıl olaraq bu sahədə Azərbaycanı hədəf seçməsi,tez-tez rastlaşdığımız ikili standartların, örnəyi, işğalçını müdafiə edib, işğala uğrayan ölkəyə sanksiya tətbiq edən yaxud belə sanksiyalara çağıran zehniyyətin ədalətsiz yanaşmasından qaynaqlanır. Əgər başqa məsələlərdə köklü surətdə ədalətli davranış görsək,o zaman başqa cür düşüncələrə də yola açıla bilərdi: deyərdik, peşə borcudur, azad mətbuat adına, insan hüquqlarıadına edilən işlərdir və s.; ancaq ötən illərdə qarşılaşdıqlarımız göstərmirmi ki, dediyiniz o "bəzi qurumlar", işlərinə yarayanda bir cür, yaramayanda başqa cür "hesabat" hazırlayır..? Bəyəm, Dilqəm Əsgərovun, Şahbaz Quliyevin hüququ hüquq deyil? Bəyəm qaçqın-köçkünlərimizin illərdir tapdalanan ən adi hüquqları - öz dədə-baba torpaqlarına, öz əlləri ilə tikdikləri evlərə dönə bilməməsi insan hüquqlarının pozulması deyil? - Uzun sözün qısası, bu və bənzəri hallarda, işğalçı Ermənistana gözün üstə qaşın var deyilməli deyilmi?!.Odur ki, bu və bənzəri sualların meydana çıxması da, milli immmunitet hissinin qabarması da anlaşılandır". Əkbər Qoşalı Azərbaycan mediasının gələcək perspektivlərindən də danışıb: Azərbaycan mediası özünü dünyanın ən aparıcı mediası səviyyəsinə qaldırmalıdır.- Əlbəttə, bu səviyyə yüksəlişi yalnız media təmsilçilərindən asılı olan məsələ deyil. Bu, bütövlükdə toplumumuzun, dövlətimizin - hamımızın borcudur. Çünki bu hamımıza lazımdır. Reklam bazarının daha layiqli səviyyədə tənzimlənməsi, medianın peşəkarlıq əmsalının artırılması, konyuktur çıxarların toplumun çıxarlarından üstün tutulmaması; yaxşı örnəklərin tirajlanması, stimullaşdırılması; uluslararası miqyas qazanmış media qurumlarımıza dövlət dəstəyinin gücləndirilməsi, uluslararası media mübadilələrinə, təcrübə alış-verişinə diqqətin artırılması, klassik irsə elmi münasibətinpopulyarlaşdırılması, eləcə də, jurnalist tədqiqatlarının, araşdırma yazılarının - necə deyərlər, bu yöndə olan üslubun populyarlaşdırılması və s. perspektivə təsirsiz ötüşməz deyə düşünürəm".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR