Şəmkir rayonu "Kreativ şəhərlər" proqramında

17 mart 2017 - British Council tərəfindən 2015-ci ildən etibarən idarə olunan Aİ - Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq proqramı kiçik və orta şəhər və rayonlara yaradıcılıq potensiallarını artırmaqda kömək edəcək proqramın icrasına başlayıb.  

"Kreativ Şəhər və Rayonlar" Təşəbbüsünün məqsədi bütün əsas maraqlı tərəflərin mədəniyyət və yaradıcılıq sektorlarının potensialı barədə məlumatlılığının artırılması, yerli mədəniyyət və yaradıcılıq resursları haqqında məlumat toplanmasıdır. Proqram çərçivəsində mədəniyyət və yaradıcılıq sahələrinin potensialının inkişaf etdirilməsi, yerli mədəni mühitin formalaşdırılması, yerli müəssisələrdən ibarət klasterlərin yaradılması, turizm sektorunda təklifin keyfiyyətinin yüksəldilməsi üçün konkret təkliflərin hazırlanması planlaşdırılır.

Müxtəlif ölkələrdə kiçik və orta yaşayış məntəqələri anlayışı fərqli olduğundan, yerli ənənələrdən və ölkə əhalisinin sayından asılı olaraq dəyişdiyindən proqrama bu ölkələrin paytaxtı və ya yaşayış məntəqələrinin sıx yerləşdiyi iri sənaye mərkəzi olmayan şəhər və rayonların müraciətləri qəbul edilmişdir.

Proqrama Şərq Tərəfdaşlığının cəmi 6 ölkəsindən 84 müraciət göndərilib.

"Kreativ şəhərlər" proqramı üçün Azərbaycandan Şəmkir rayonu (rayonun 210 000 nəfər əhalisi və eyni adlı əsas şəhərinin 42 000 sakini var) seçilib.

Şəmkir rayonunun seçilməsi bir neçə səbəbə əsaslanır.

Qeyd etmək lazımdır ki, rayon tarixi eramızdan əvvəl V əsrə gedib-çıxan Əhəmənilər dövrünə aid möhtəşəm sarayın qalıqlarından tutmuş XIX əsrin əvvəllərinə aid alman koloniyası Annenfeldə qədər çoxsaylı maddi mədəni irs obyektləri ilə zəngin olmaqla yanaşı, aşıq sənəti (poeziya) ənənələri kimi qeyri-maddi mədəni irs nümunələri ilə də məşhurdur. Rayonda intellektual resursların (şahmat və zəka oyunlarına marağı inkişaf etdirən müasir təhsil müəssisələri) dinamik inkişafı üçün böyük imkanlar var.

Bu şəhər və rayonlarda ixtisaslı mütəxəssislər tərəfindən ən müasir metodologiyaya əsaslanan tədbirlərin keçirilməsi nəzərdə tutulub. İştirakçılar şəhərlərin / rayonların nümayəndələri və onların icmaları üçün nəzərdə tutulmuş, onların bu rayonların yaradıcılıq potensialını möhkəmləndirməsinə kömək edəcək materiallardan istifadə etmək imkanı əldə edəcək. Bundan əlavə, onlar ixtisaslaşmış ekspertlərlə işləmək və digər Şərq Tərəfdaşlığı ölkələrindən olan həmkarları ilə şəbəkə yaratmaq imkanına sahib olacaq.

"Kreativ şəhərlər" təşəbbüsü ilə daha yaxından tanış olmaq üçün nəzər salın: https://www.culturepartnership.eu/article/cities-selected-for-creative-towns-and-regions-initiative   

Readktor üçün qeyd:

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Birləşmiş Krallığın mədəniyyət üzrə resurslarından istifadə etməklə Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verir - imkanlar yaratmaqla insanların həyatlarını dəyişir, əlaqələr qurur və inam yaradırıq.

Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Hər il 20 milyondan çox insana üz-üzə və 500 milyondan çox insana onlayn, televiziya və nəşrlər vasitəsilə xidmət göstəririk.

Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq.  Gəlirlərimizin böyük hissəsi ingilis dili tədrisi və imtahanlar üzrə müxtəlif layihə və müqavilələr, təhsil və inkişaf müqavilələri, eləcə də dövlət və özəl təşkilatlara əməkdaşlıq vasitəsilə əldə olunur.  Maliyyəmizin on səkkiz faizi Birləşmiş Krallıq hökuməti tərəfindən təmin edilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR