Deputat nazirliklərə irad tutdu

"Struktur islahatları mərkəzləşmiş qaydada aparılmalıdır"

"Azərbaycanda bu gün 18-19 nazirlik var. Ancaq bəzi nazirliklərinin regional idarələri mövcuddur. Ölkənin nazirliyi hökumətin strukturudur. Əgər lazımdırsa, nazirliklərin hamısının regional idarələri yaradılsın. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumun regional idarələrini yaratdım". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O, bu məsələ ilə bağlı narazılığını ifadə edib: "Bəzi hallalda görürsən ki, həmin strukturlar ləğv olunur, əvvəlki sistemə qayıdır və yaxud kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir. Vətəndaş hər hansı problemi olanda yerli icra hakimiyyətlərinə müraciət edir. Hökumətin yerlərdəki səlahiyyətli nümayəndələri onlardır. İcra hakimiyyətlərindən səlahiyyətlərin alınması doğru deyil. Belə olan halda isə, icra hakimiyyətləri küçə süpürməklə məşğul olur".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR