Deputat bahaçılıqdan şikayətləndi

Deputat Fəzail Ağamalı bazarlardakı bahalaşma ilə bağlı məsələni parlamentin iclasında iştirak edən hökumət üzvlərinin diqqətinə çatdırıb. "Olaylar"ın xəbərinə görə, Milli Məclisdə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının müzakirələri zamanı çıxış edən deputat söyləyib: "Bazarlar od tutub yanır. Ətin, tərəvəz məhsullarının, digər ərzaq mallarının qiyməti durmadan qalxır. Unutmayaq ki, sahibkarlıq "qızıl təbəqə" adlandırılır. Bəzi möhtəkirlər vəziyyətdən sui-istifadə edirlər. Bunlar barədə sərt tədbirlər görülməlidir. Ölkədə maliyyə çətinlikləri var". Deputat onu da bildirib ki, "Sovetski" ərazisində yollar təmir adı altında dağıdılıb."Hörmətli baş nazir, xahiş edirəm, səlahiyyətlərinizdən istifadə edib, o ərazilərdə yolların bərpa edilməsinə kömək edəsiniz".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR