Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturu yaxşılaşdırılır 

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması layihələr çərçivəsində Balababa Məcidov və Abdulla Şaiq küçəsinin bir hissəsində artıq asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yenidən qurulan Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılıb. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1.5 metr enində piyada səkiləri də inşa edilib. Sözügedən küçəyə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtük döşənir. Artıq bu işlər yekunlaşmaq üzrədir. Belə ki, örtüyün 5 sm qalınlığında olan son aşınma qatı döşənir. Bundan başqa layihə çərçivəsində yeni kommunikasiya xətləri və yağış suları üçün 1300 p/m drenaj xətti qurulub, işıqlandırma dirəkləri quraşdırılıb, səkilərə tamet daşlar düzülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR